Azinvest Telecom Technology
Prİnsİplər
Gələcək yönümlü addımlamaq və öndə olmaq! Biz yüksək texnologiyaların, elmi nailiyyətlərin və peşəkar mütəxəssislərin imkanlarını birləşdirir və gerçəkləşdiririk. Yeni həllər yaradaraq və artıq sınanmış həlləri təkmilləşdirərək, mühəndis-texniki və layihə mədəniyyətini inkişaf etdirərək, cəmiyyətimizi innovasiya texnologiyaları yolu ilə aparırıq
Missiyamız və Strateji Məqsədlərimiz
1. Yüksək texnologiyalar və peşəkar mütəxəssislərin potensialını birləşdirərək innovativ həllərin həyata keçirilməsini təmin etmək
2. Rabitə və informasiya texnologiyaları sahəsində insanların düşüncə tərzini və təcrübəsini dəyişdirəcək qabaqcıl xidmətlər təqdim etməklə bazarda aparıcı mövqe tutmaq.
3. Telekommunikasiya sahəsində lider təşkilatlardan birinə çevrilmək və bu mövqeyi davamlı olaraq möhkəmləndirmək.
5. Sərhədlərdən və məsafələrdən asılı olmayaraq insanlar arasında fasiləsiz və keyfiyyətli ünsiyyətin qurulmasına şərait yaratmaq.
6. Müştərilərimiz və tərəfdaşlarımızla birlikdə inkişaf etmək və davamlı tərəqqiyə nail olmaq
7. Xidmət keyfiyyətini daim təkmilləşdirməklə istifadəçilərin artan tələbat və gözləntilərinə tam cavab vermək.
8. Şirkətimizin fəaliyyətində şəffaflıq, məsuliyyət və etibarlılıq prinsiplərinə sadiq qalaraq cəmiyyətin, biznes tərəfdaşlarının və fərdi müştərilərin etimadını, hörmətini və rəğbətini qazanmaq.
9. Müştərilərimizin biznes fəaliyyətinə intellektual və texnoloji dəyər qatmaqla onların inkişafına dəstək olmaq.