“Azinvest Telecom Technology” QSC 18 may 2017 ci il tarixində yaradılmışdır. Şirkətin əsas fəaliyyəti Rabitə şəbəkələrinin infraksturunun tikintisi və xidmət göstərilməsidir. Bu günə kimi şirkətimiz ölkə əhəmiyyətli böyük layihələrin icrasını uğurla həyata keçirib.
Ölkə başçısı cənab İlham Əliyevin 2017-ci ildə imzalanmış sərəncamına əsasən yaradılmış Ələt Azad İqtisadi Zonasına dayanıqlı keyfiyyətli və sürətli rabitə şəbəkəsinin yaradılması məhs Azinvest Telecom Technology QSC tərəfindən həyata keçirilmişdir. Bundan əlavə şirkətimiz, “Aztelekom” MMC ,“Bakı Telefon Rabitəsi” MMC, "Bakı Abadlıq Xidməti" MMC və "Azeronline" MMC tərəfindən müasir rabitə xidməti göstərilməsi üçün ölkənin bir çox şəhər və kəndlərində GPON şəbəkəsinin qurulmasını həyata keçirmişdir.
“Azinvest Telecom Technology” QSC geniş spektrda rabitə şəbəkələrinin tikintisi və baxım xidmətlərini göstərir.
Peşəkar mühəndis və mütəxəssislərdən ibarət kollektivimiz GPON şəbəkəsinin qurulması, Fiber Optik maqistral və Bölüşdürücü xəttlərinin tikintisi, zədələnmiş xəttlərin bərpası və baxım xidməti, İnternet abonentlərinin qoşulması və s. İşlərin qısa zamanda yüksək keyfiyyəti təmin edərək həyata keçirir. Əməkdaşlarımızın bilik səviyyəsinin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə mütəmadi olaraq təlimlər keçirilir və işçilərin inkişafı üçün daim şərait yaradırıq.